!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün bu rayonlarda qaz olmayacaq

!Reklam – Yazi

dem91Bu gün Abşeron və Astara magistral qaz kəmərləri sahələrində, eləcə də Bakı şəhəri Suraxanı, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında cari təmir işləri ilə bağlı məhdudiyyətlər olacaq.

Bu gün saat 10:00-dan 20:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, “Qobu”, “Müşviqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Qaracalar”, “Azadkənd“, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında, eləcə də Binə qəsəbəsi ərazisində avtomobil yolunun yenidən qurulması, genişləndirilməsi nəticəsində yolun tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri ilə əlaqədar, saat 09:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Əmircan qəsəbəsində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Abşeron rayonunun Qızıldaş, Güzdək, Müşviqabad, Ceyranbatan, Qobu, Hökməli, Sulutəpə, Xırdalan və Pirəküşkül qəsəbələrinin, həmçinin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv