!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün bu yollar bağlı olacaq

!Reklam – Yazi

964261_465596Bu gün Binəqədi rayonunda bir neçə küçənin kəsişməsində aparılan təmir-tikinti işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

Təmir işləri Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələrində, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissələrində gedəcək.

Sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin çəkilməsi işləri həyata keçiriləcək. İşlərin səhər saat 10:00-dan başlanılması və günorta saatlarında yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyə edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv