Bu gün daha 152 vətəndaşımız Rusiyadan gətirilir

Rusiyada müvəqqəti olan və geri dönmək istəyən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir.

Yenicag.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, bu gün hava yolu ilə 152 vətəndaşımız Azərbaycana gətirilir. Onlardan 6 nəfəri azyaşlıdır.