Bu gün AÇ-2024-ün final mərhələsinə vəsiqə uğrunda pley-off oyunları keçiriləcək.
Yenicag.az xəbər verir ki, Millətlər Liqası xəttindən daha 3 komanda final mərhələsinə vəsiqə qazanacaq.
Yarımfinalda A Liqasında Polşa – Estoniya, Uels – Finlandiya, B Liqasında Bosniya və Herseqovina – Ukrayna, İsrail – İslandiya, C Liqasında Gürcüstan – Lüksemburq, Yunanıstan – Qazaxıstan qarşılaşmaları baş tutacaq.
Qeyd edək ki, finallar isə martın 26-da olacaq. Finalın üç qalibi qitə birinciliyində mübarizə aparmaq hüququna sahib çıxacaq.
AÇ-2024, pley-off
A Liqası
23:45 Polşa – Estoniya
23:45 Uels – Finlandiya
B Liqası
23:45 Bosniya və Herseqovina – Ukrayna
23:45 İsrail – İslandiya
C Liqası
21:00 Gürcüstan – Lüksemburq