Bu gün dünya çempionatının püşkatmasıdır – Diqqətlər Moskvada

Bu gün bütün dünyanın diqqəti Rusiya paytaxtı Moskvaya yönələcək.

Yenicag.az xəbər verir ki, sözügedən şəhərdə futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Dövlət Kreml Sarayında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünəcək.

I səbət
Rusiya
Braziliya
Almaniya
Portuqaliya
Argentina
Belçika
Polşa
Fransa

II səbət
İspaniya
Peru
İsveçrə
İngiltərə
Kolumbiya
Meksika
Uruqvay
Xorvatiya

III səbət
Danimarka
İslandiya
Kosta-Rika
İsveç
Tunis
Misir
Seneqal
İran

IV səbət
Serbiya
Nigeriya
Avstraliya
Yaponiya
Mərakeş
Panama
Cənubi Koreya
Səudiyyə Ərəbistanı

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.