Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, toplantıda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının ilk iclası fevralın 12-də keçirilib və 100-dən artıq müraciətə baxılıb.