Bu gün Əfv Komissiyasının üçüncü iclası keçiriləcək

Bu gün günorta saatlarında Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Bu barədə Oxu.Az-a komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, bu gün keçirilməsi planlaşdırılan iclasda, təxminən, daha 100 müraciətə baxılacaq.

 

Qeyd edək ki, bu il daha öncə komissiyanın iki iclası baş tutub və 200-dən çox müraciətə baxılıb.