Bu gün “Eurovision-2016″da ikinci yarımfinal keçiriləcək

245707Bu gün Stokholmda “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

“Report” xəbər verir ki, yarımfinal nəticəsində daha 10 finalçı müəyyənləşəcək.

Bugünkü yarımfinalda Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçika çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Səmra Rəhimli ilk yarımfinalın nəticələri əsasında finala vəsiqə qazanıb.

Ümumiyyətlə, finalda 26 ölkə iştirak edəcək.