!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu gün futbol üzrə Avropa çempionatı start götürür

!Reklam – Yazi

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı start götürür.

Yenicag.az-ın məlumatına görə, turnirin açılış mərasimi və ilk matçı İtaliyanın paytaxtı Romada baş tutacaq.

İlk oyun günündə A qrupunda mübarizə aparan İtaliya və Türkiyə üz-üzə gələcək.

A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

 

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv