!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu gün futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

!Reklam – Yazi

Bu gün futbol üzrə Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu, “Yuventus” və “Monako” komandaları arasında Turində baş tutacaq yarımfinal matçının cavab oyunundan sonra bəlli olacaq.

Səfərdə keçirilən ilk qarşılaşmada rəqibini 2 cavabsız qolla məğlub edən “Qoca sinyora” həlledici görüşə vəsiqə qazanmağa daha yaxındır. İtaliya təmsilçisi Fransada əldə etdiyi üstünlüyü qoruyacağı halda tarixində 9-cu dəfə kubok uğrunda görüşdə iştirak edəcək. Knyazlıq komandası isə sürpirzə imza atmaqla, 2-ci dəfə finalçı ola bilər.

Qeyd edək ki, digər finalçı mayın 10-da keçiriləcək “Atletio” (İspaniya) – “Real Madrid” (İspaniya) qarşılaşmasında bəlli olacaq. Turnirin son qalibi olan “Kral klubu” ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Çempionlar Liqası, Yarımfinal, cavab oyunu

9 may

22:45. “Yuventus” (İtaliya) – “Monako” (Fransa)

Baş hakim: Born Keypers (Hollandiya)

Turin. “Yuventus Stedium”

Yeniçağ.Az

www.yenicag.az

679
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv