Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu gün Hacı Allahşükür Paşazadənin doğum günüdür

скачанные файлы (6)Bu gün Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin 66 yaşı tamam olur. Şeyx 1949-cu ilin bu günündə Lənkəranın Cil kəndində anadan olub.

1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. O, Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr – Şeyxülislam seçilib.

Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri, Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvü (2006), UNESCO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT yanında Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, “Vicdana çağırış” Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri (2009), Bakı Dövlət Universitetinin professorudur(modern).

 

 

www.yenicag.az

120