Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 18-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu 18-23, dağlarda 8-13 dərəcə isti təşkil edəcək.