!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün I Avropa Oyunları başlayır

!Reklam – Yazi

92875Bu gün Bakıda I Avropa Oyunlarına start verilir.

2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək.

Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcək. İlk Avropa Oyunlarının açılışı Bakı Olimpiya Stadionunda axşam saatlarında baş tutacaq. Açılış mərasiminə bir sıra ölkələrin dövlət başçıları və hökumət nümayəndələri qatılacaqlar.

On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib.

Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılıb. Məşəlin alovlandırılması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

Məşəl ölkə boyunca 60-a qədər rayona səyahət edərək iyunun 7-də Bakıya gətirilib və iyunun 12-dək Bakının müxtəlif yerlərində məşəl estafeti baş tutub. Ümumilikdə açılış mərasiminədək məşəl təxminən 5500 km məsafəni qət edib.

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv