Bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında görüş keçiriləcək.
Yenicag.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Cenevrədə baş tutacaq.
Görüşün əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesidir.