!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək

!Reklam – Yazi

Dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.

Yenicag.az xəbər verir ki, növbədənkənar prezident seçkilərinin elan olunması dövlət başçısı postuna namizədlərin irəli sürülməsi məsələsini aktuallaşdırıb.

Məlumata görə, bu gün fəaliyyətdə olan dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən irəli sürüləcək.

Yenicag.az-a daxil olan xəbərə əsasən, fevralın 5-də Bakı Konqres Mərkəzində öz işinə başlayan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayında bu məsələyə baxılacaq və İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul olunacaq.

Xatırladaq ki, AHİK ötən prezident seçkilərində də İlham Əliyevin namizədliyini irəli sürərək, seçki kampaniyasında fəallıq göstərib.

Qeyd edək ki, baş nazirin müavini və YAP-ın icra katibi Əli Əhmədov bir neçə gün əvvəl verdiyi açıqlamada partiyanın prezidentliyə namizədinin İlham Əliyev olacağını bəyan edib.

Bu baxımdan, İlham Əliyevin prezidentliyə namizədliyinin Mərkəzi Seçki Komissiyasına (MSK) YAP-ın, yoxsa AHİK-in qərarı əsasında təqdim olunacağı məsələsi hələ də açıq qalır.

www.yenicag.az

2733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv