Bu gün İlham Əliyevlə Sarkisyan görüşəcək

ilham-sarkisyan-640-liderxeberBu gün Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək.

Prezidentlərin görüşü Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

Görüşdə Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri də iştirak edəcək.

Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci ilin dekabrın 19-da İsveçrə Konfederasiyasının paytaxtı Berndə keçirilib. Görüş nəticəsiz başa çatıb.