Bu gün ilk ərəb kosmonavt Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş həyata keçirəcək.
Yenicag.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza əl-Mənsuri BKS-də səkkiz gün keçirəcək.
Sentyabrın 29-da isə stansiyada çalışan digər kosmonavtlar üçün ərəb mətbəxindən ziyafət veriləcək.
Qeyd edək ki, H.əl-Mənsurinin olduğu heyət sabah Baykonur kosmodromundan yola düşəcək. Heyətdə rusiyalı Oleq Skripoçka və amerikalı Cessika Meir də yer alacaq.
Hazırda BKS-də rusiyalı Aleksey Ovçinin və Aleksandr Skvortsov, amerikalı Nik Heyq, Kristina Kuk və Endrü Morqan, eləcə də italiyalı Luka Parmitano işləyir./Trend/