Reklam: High Technic
hightechnic

Bu gün ilk yarımfinal başlayır

45008_m57otmrefwBu gün Avstriyanın paytaxtı Vyana şəhərində “Eurovision” mahnı müsabiqəsinin ilk mərhələsi başlayır.

“Wiener Stadthalle” arenasında baş tutacaq birinci yarımfinalda 16 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Mayın 21-də ikinci yarımfinalda isə digər 17 ölkə təmsilçisi öz mahnısını səsləndirəcək.

Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.

“Eurovision”ın final günü mayın 23-də baş tutacaq.

Təmsilçimiz Elnur Hüseynov ikinci yarımfinalda 11-ci nömrə altında çıxış edəcək. O, “Hour of the Wolf” mahnısını səsləndirəcək.

Türkiyə, Ukrayna mahnı müsabiqəsinə qatılmır.

Avstraliyanın ilk dəfə qatıldığı builki müsabiqədə Çex Respublikası 5 il, Kipr və Serbiya isə 1 il aradan sonra yenidən iştirak edir.

Qeyd edək ki, keçən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.

“Eurovision”ı 23:40-da İTV-də canlı izləyə bilərsiniz.

www.yenicag.az

70