Bu gün İranda parlament seçkiləri keçirilir

130645_res_01İranın ali lideri ayətullah Əli Xamneyi ölkədə İran Məclisi 10-cu çağırış və Ekspertlər Şurasının 5-ci çağırış səsverməsində iştirak edən ilk seçicilərdən biri olub.

Tehranın seçki məntəqələrindən birində bülleteni seçki qutusuna atdıqdan sonra mətbuat konfrasında çıxış edən Əli Xamneyi bütün İran xalqını seçkilərdə iştirak etməyə çağırıb.

İranda bütün seçki məntəqələri yeri vaxtla saat 8:00-da açılıb.

Seçicilər parlamentə 290 deputat, Ekspertər Şurasına isə 88 nəfər seçməlidirlər.(virtualaz)