Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

Yenicag.az  xəbər verir ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-də saat 15:00-a təyin edilib.

Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

COP29