Bu gün məhkəməsi olacaqdı, özünü asdı

122742_res_01Bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.

Əvvəllər dəfələrlə məhkum olunmuş Manaf Əhməd oqlu Paşayev saxlandığı kamerada özünü asıb.

M.Paşayev sonuncu dəfə oğurluqla bağlı ittiham olunub. Cinayət işinə hakim Azad Məcidovun sədrliyi ilə baxılırdı. Bu gün təqsirləndirilən şəxsin məhkəmə prosesi keçiriləcəkdi. Bu, onun 9-cu məhkumluğu idi.(virtualaz)