Respublikanın regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin iştirakı ilə Şabran rayonunda keçirilib və Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış terraslarda 4 000-dən çox müxtəlif növ ağac tingi əkilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Yenicag.az-a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşəbərpa tədbirləri, eyni zamanda, Masallı, Sabirabad, Ağcabədi, Qəbələ və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində aparılıb:
“Gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 13 000-dən artıq müxtəlif növ ağac tingi əkilib”.