Bu gün metroda dünyasını dəyişən şəxs məşhur müğənninin atası çıxdı – YENİLƏNDİ / FOTO

Bu gün metroda qəflətən dünyasını dəyişən kişi gənc müğənni Çinarə Məlikzadənin atası olub.

Yenicag.az xəbər verir ki, vəfat edən şəxs 1962-ci il təvəllüdlü Məlik Ağalar oğlu Məlikzadədir. Qeyd edək ki, M.Məlikzadə dənizçi olub./Oxu.az/

***15:24

Bakı Metropoliteni QSC-nin “Nəriman Nərimanov” stansiyasında qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib.

Bu barədə Yenicag.az-a qurumdan bildirilib.

Məlumata görə, stansiyaya çağırılmış təcili tibbi yardım xidməti onun dünyasını dəyişdiyini təsdiq edib.