Bu şəhərə içməli su məhdudiyyətlə veriləcək – Bu gün

Təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

“Azərsu” ASC-dən Yenicag.az-a bildirilib ki, bununla əlaqədar 22 sentyabr 2021-ci il tarixində Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.