Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrini bu gün axşam saatlarında elan etməyi nəzərdə tutur.
Komissiyadan verilən məlumata görə, nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.
Müsabiqə şərtlərinə əsasən I, II, III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq(azadinform).