Bakıda bir gündə üç piyadanı avtomobil vurub.
Yenicag.az xəbər verir ki, ilk hadisə Qaradağ rayonunun Müşviqabad qəsəbəsində baş verib.
Belə ki, “Toyota Prado” markalı avtomobil piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçən 1964-cü il təvəllüdlü Hacıyeva Sevinc Fazil qızını vurub.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çanaq sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Digər hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, yolu keçən 1967-ci il təvəllüdlü Allahyarov Nizami İbrahim oğlunu avtomobil vurub.
Yaralı təcili yardım xidmətinin köməyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılsa da, daha sonra paytaxtda yerləşən özəl xəstəxalardan birinə aparılıb. Müayinə zamani ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.
Bakının Suraxanı rayonunda da piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Qaraçuxur qəsəbəsində 1986-cı il təvəllüdlü Tanrıverdiyev Ayət Əliabbas oğlunu naməlum avtomobili vurub. Yaralı təcili yardım xidmətinin köməyi ilə xəstəxanaya çatdırılıb. Hər üç fakla bağlı araşdırma aparılır. /report.az/