!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün qəhrəman jurnalistin doğum günüdür

!Reklam – Yazi

salatBu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın doğum günüdür.

Salatın Əsgərova 1961-ci ilin dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub.

1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. Həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar isə jurnalist kimi fəaliyyət göstərib.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb. Jurnalistin də olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızcasına qətlə yetirilib.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib.

Paytaxda bir küçə və Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Həmçinin “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub.
Yaxınlığında həlak olduğu Şuşa rayonunun kəndi Salatınkənd adlanır.

Qeyd edək ki, Salatın Əsgərova ailəli idi. Onun Ceyhun Əsgərov adlı bir oğlu var.

Yenicag.az

www.yenicag.az

750
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv