Bu gün Ramazan bayramıdır

ramazan bayramiiAzərbaycanda iyulun 6 və 7-də Ramazan bayramı qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bayram namazı İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacaq. Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin gün Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.

Qeyd edək ki, Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.