Bu gün saxlanılan icra başçısı kimdir? – DOSYE

Bu gün DTX əməliyyatçıları tərəfindən həbs edilən İmişli rayon icra başçısı Vilyam Hacıyevin tərcümeyi halını təqdim edirik:

Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb. 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin Başçısıdır.