!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün “Son zəngdir”

!Reklam – Yazi

fon - sonzeng2015Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” çalınacaq.

Təhsil Nazirliyindən bildirilib ki, iyunun 14-də ümumi təhsil müəssisələrinin IX siniflərini 110222, XI siniflərini 88591, XII sinifləri isə 856 şagird bitirəcək.

Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

“Son zəng” tədbirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 304 məktəbdə keçiriləcək. Bu il məktəbi IX siniflər üzrə 26614, XI siniflər üzrə 20052 şagird bitirəcək.

Təhsil naziri Mikayıl Cabbarov da “Son zəng” tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunacaq.

Qeyd edək ki, bu ildən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

 

www.yenicag.az

1170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv