!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün “Trend” və “Lider” TV ad gününü qeyd edir

!Reklam – Yazi

Bu gün Trend” İnformasiya Agentliyi (İA) 22, “Lider” Televiziyası isə 17 yaşını qeyd edir. Gəlin, qısaca hər iki mətbuat orqanının fəaliyyətinə nəzər salaq:

“Trend” Müstəqil İnformasiya Agentliyi 1995-ci ildə yaradılıb. Agentliyin bazası əsasında Trend Ekspert Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə “Trend” Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. Agentlik 2006-2007-ci illərdə Azərbaycanda “KİV sahəsində ən yaxşı şirkət” seçilib. “Trend” “İlin eksklüziv informasiya agentliyi” nominasiyasında “Brand Award Azerbaijan-2008” milli mükafatına layiq görülüb.

“Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars,ərəb və türk dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.

Agentliyin tərəfdaşları sırasında “Deutsche Press Agentur” (Almaniya), “Xinhua” (Çin), “Cihan” (Türkiyə), IRNA dövlət agentliyi (İran), “RİA Novosti” (Rusiya), “Deutsche Welle” (Almaniya), “RosBusinessConsulting” (Rusiya), “Afghan Voice Agency” (Əfqanıstan), “Yonhap” (Cənubi Koreya), “Kavkaz-press” (Gürcüstan), “Maghreb Arab Press” Mərakeş Dövlət Agentliyi, BELTA Belarus Teleqraf Agentliyi, “Hovar” (Tacikistan), BTA (Bolqarıstan), “Ukrinform” (Ukrayna), “Kazinform” (Qazaxıstan), “Montsame” (Monqolustan), “Agerpress” (Rumıniya), SANA (Suriya), “Jahon” (Özbəkistan), “Kabar” (Qırğızıstan) və digərləri var.

“Trend”in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.

2000-ci ildə fəaliyyətə başlayan “Lider” TV yarandığı gündən Azərbaycan izləyicisinə maraqlı intellektual və maarifləndirici proqramlar, operativ informasiya buraxılışları təqdim edib. Bu illər ərzində unudulmaz telelayihələrə efir verən “Lider” TV izləyicisinə faydalı olacaq və dəyər qatacaq verilişlərə imza atıb.

Eyni istiqamətdə fəaliyyətini davam etdirən telekanal yeni mövsümdə, demək olar ki, əyləncə tipli verilişlərdən imtina edib. Yerli telekanallarda əyləncə xarakterli verilişlərin çoxluğunu nəzərə alaraq, “Lider” TV cəmiyyətdə maraq doğuran və onları narahat edən məsələlərlə bağlı verilişlərin sayını artırıb.
Bununla da “Lider” yenə öz fərqliliyini nümayiş etdirir.

Uzun zamandır, telekanal informasiya buraxılışlarının sayını artırıb. Artıq hər iki saatda bir “Səda” xəbərlər efirdə olacaq. Siyasi və sosial xəbərlərlə yanaşı “Səda Ekonomiks”, “Telestadion”, “Səda Mədəniyyət”, “Səda Region”, “Səda Dünya”, “Kriminform” ayrılıqda xəbər buraxılışları olacaq.
Telekanalın analitik və maarifləndirici verilişləri yeni mövsümdə də davam edəcək, “Qum saatı”, “Mənim dostum”, “ Analar məktəbi” “Seçim”, “Mövqe”, “Əsgər andı” verilişii nümayiş olunacaq.

Bununla yanaşı, “Səda”nin əsas buraxılışı, “Sədadan sonra”, ölkədə və dünyada baş verən hadislərin analizi, ardınca isə sosial məsələlərə həsr olunmuş verilişlər təşkil olunacaq.

Yeni mövsümdə həm də yeni serialların izləyicilərə təqdim olunması nəzərdə tutulub.

Yenicag.az kollektivi “Trend”də və “Lider” televiziyasında çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!

Yenicag.az

www.yenicag.az

1733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv