Bu gün üç mindən çox müəllim imtahan verəcək

İyulun 13-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu gün riyaziyyat fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

İmtahanlarda 3291 nəfərin iştirakı gözlənilir.