Bu gün vaksin vurduran olmadı

Dekabrın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 929 min 891, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 304, ikinci mərhələ üzrə 4 milyon 875 min 385, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 667, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 535-dir.