Bu gün “Xəzər” TV 17 yaşını qeyd edir

 

2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayan “Xəzər” TV-də bu müddət ərzində operativ xəbər buraxılışları ilə yanaşı, analitik, musiqili, əyləncəli və sənədli verilişlər yayımlanıb.

İldən-ilə telekanal müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf edib və bu proses hazırda da davam etməkdədir.

“Yeni Çağ” Media Qrupu kollektivi olaraq televiziya məkanında özünəməxsus yeri olan “Xəzər” TV-nin bütün əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır!

COP29