Bu gün yalnız bir nəfər vaksin olundu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci və ikinci mərhələ üzrə vaksin vurulmayıb. Üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1-dir. Pozitiv nəticədən sonra isə buster doza üzrə vaksin vurulmayıb.