!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Yel çərşənbəsidir

!Reklam – Yazi

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Yenicag.az xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.

Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir.

Xanımlar uşaqlar üçün təzə paltar tikir.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 25-də, Od çərşənbəsi martın 3-də qeyd edilib.

Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

Xatırladaq ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.

www.yenicag.az

907
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv