Bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib.
Yenicag.az xəbər verir ki, həmin şəxslər COVID-19 pasportu və 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycan gəlib-gedə biləcəklər.
Vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahı:
1. Almaniya Federativ Respublikası;
2. Avstriya Respublikası;
3. Belcika Krallığı;
4. Çexiya Respublikası;
5. Danimarka Krallığı;
6. İrlandiya Respublikası;
7. İspaniya Krallığı;
8. İsveç Krallığı;
9. İsvecrə Konfederasiyası;
10. Kanada;
11. Luksemburq Böyük Hersoqluğu;
12. Malta Respublikası;
13. Niderland Krallığı;
14. Polşa Respublikası;
15. Portuqaliya Respublikası;
16. Serbiya Respublikası;
17. Sinqapur Respublikası;
18. Slovakiya Respublikası;
19. Sloveniya Respublikası;
20. Yunanıstan Respublikası.