Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bu gündən Bakıda 14 yerdə Novruz yarmarkaları açılır - ÜNVANLAR

Novruz bayramı ilə əlaqədar olaraq bu gündən Bakıda 14 ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları açılır.

Yenicag.az-ın məlumatına görə, Novruz yarmarkaları Azərbaycan Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə martın 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində təşkil olunacaq.

S/s Rayon Ünvan Sahəsi

(kv.m)

Qeyd
Binəqədi 7-ci mikrorayon, Kunanbayev küçəsi 1500
Xətai Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsi 2000
Qaradağ Lökbatan qəsəbəsi, 28 May küçəsi, Olimpiya İdman bazasının qarşısındakı sahə 2000
Nəsimi Mərdanov Qardaşları küçəsi, 59 420
Nərimanov F.X.Xoyski prospekti, Qələbə meydanı 5000
Pirallahı Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi 14 №li evin qarşısındakı qeyri-yaşayış obyekti

150
Sabunçu Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 72 1800
Suraxanı Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsi, “Günəş” ticarət mərkəzi 900
Xəzər Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2 500
Yasamal H.Cavid prospekti, AMEA-nın binasının qarşısındakı park 600
Nizami C.Naxçıvanski küçəsi, 74, 8-ci km yarmarkası 10000
Qara Qarayev prospekti, 55/57 ünvanın qarşısı, “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağı 600
Səbail Seyran Məmmədov küçəsi, 6 200
Nizami küçəsi, 154, “Landmark” mehmanxanasının yanı 600

Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.

Bakı şəhərində təşkil olunacaq 14 yarmarkada satışa respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq./Trend/

www.yenicag.az

2904