Bu gündən kafe və restoranlar açılır

Bu gündən Azərbaycanda ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri müştərilərə yerində xidmətlə fəaliyyətə başlayır.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərara əsasən, fevralın 1-i saat 00:00-dan etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Loading...