Bu günə olan məzənnə

Azərbaycan Mərkəzi Bankı 4 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Yenicag.az-a verilən məlumata görə, fevralın 4-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0434 manat təşkil edir. 1 türk lirəsi 0.2374 manat, 1 rus rublu 0.0224, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5132 manatdır.