Bu günə olan məzənnə

Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0264 manat təşkil edir. 1 türk lirəsi 0.1963 manat, 1 rus rublu 0.0233, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5388 manatdır.