Azərbaycanda avronun məzənnəsi bahalaşıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb.
Bugünkü məzənnəyə əsasən, 1 avro 1.9291 manata dəyişdirilir.
Dolların məzənnəsi isə stabil qalıb. Belə ki, hazırda 1 ABŞ dolları 1.7 manat təşkil edir.
AMB-nin açıqladığı məzənnəyə əsasən, 1 Rusiya rublu 0.0256 manata, 1 Türk lirəsi isə 0.3166 manata bərabərdir.