!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu günə qədər 3 milyon tondan çox taxıl yığılıb

!Reklam – Yazi

Respublika ərazisində taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, iyulun 22-nə olan operativ məlumata əsasən, ölkə ərazisində 991792,3 hektar ərazidə taxıl biçini aparılıb, 337740 hektar ərazidə arpa, 654052,3 hektar ərazidə buğda biçini başa çatıb.

Bu günədək cəmi taxıl sahələrinin 97,6%-i biçilib. Ümumilikdə bu günədək ölkə üzrə 3116469 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir.

Abşeron, Ağdam, Ağdaş, Ağsu, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay, Qəbələ, Siyəzən və Neftçalada taxıl biçini başa çatıb. Qobustan, Xaçmaz, Qusar, Oğuz və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahənin 9262 hektarı artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin 20113 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir. Xaçmaz ərazisində arpa əkilmiş 5786 hektar sahə artıq biçilib, buğda əkilmiş 19223 hektar sahənin 19114 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,0 s/ha, buğda üzrə məhsuldarlıq 34,8 s/ha təşkil edir. Naxçıvan Muxtar Respublikasında, Şəmkir, Quba və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.

www.yenicag.az

574
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv