Bu günə qədər metroda heç bir şübhəli hal aşkarlanmayıb – RƏSMİ

“Bakı polisi bu günə metroda qədər heç bir şübhəli hal aşkarlamayıb”.

Yenicag.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda metroda təhlükəsizlik ən müasir üsullarla təmin edilir: “Qatarlarda və vestibülllərdə xidmət aparan əməkdaşlarımızla yanaşı müasir informasiya texnologiyaları var ki, mövcud qaydalara riayət etməyən şəxsləri müəyyən edir, onlar barəsində aidiyyəti üzrə tədbirlər görülür”.