Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İrakli Qaribaşvilinin ölkənin baş naziri postunu tərk etməsini və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin təyin olunmasını gürcü xalqının istehzası adlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
“Kobaxidzenin təyinatı… gürcü xalqının növbəti istehzasıdır”, – Saakaşvili bildirib.
Onun fikrincə, Qaribaşvilinin tutduğu vəzifədən getməsi nəticəsində sadə vətəndaşlar üçün heç nə dəyişməyəcək./unikal