Bu hallarda tatu etdirmək qəti QADAĞANDIR – XƏBƏRDARLIQ

Statistikaya görə, dünyanın demək olar ki, hər ikinci şəxsində ən azı bir döymə var. Demək olar ki, tatu elətdirən hər beşinci şəxs peşman olur. Bunun əsas səbəbləri qərarın kortəbii olması, rəsm seçiminin bəzi nüanslarını bilməməsi, onun tətbiqi və sonrakı fəsadlarıdır.

Yenicag.az hansı hallarda tatu elətdirməyin təhlükəli ola biləcəyi, tatu elətdirilərkən hansı nüanslara diqqət edilməli olduğu məqamları təqdim edir:

1. Hər hansı bir eskiz üzərində qərar vermisinizsə, gedəcəyiniz tatu edən ustanın işlədiyi üslublara diqqət yetirin. Tamamilə sizə lazımi üslubda işləyən bir mütəxəssis tapmaq vacibdir.

2. Bədəninizdə xallar varsa, döymələrdən imtina etmək daha yaxşı olar. Texniki cəhətdən mümkün olsa da, hər usta xallı bədəndə döyməni etməyə razı olmur. Bunun bir neçə səbəbi var.

a) Xal rəngi özünə çəkir və döymə xallar üzərində necə effekt verəcəyi öncədən bəlli olmur.

b) Güclü qanaxma baş verə bilər , bu da ustanın işini çətinləşdirəcək. Həmçinin sağalması müddəti də uzun çəkə bilər.

c) Zərərli xəstəliklər adətən xalların rəngi ilə müəyyən edilir. Xal üzərinə döymə edilməsi də həkimlərin diaqnoz qoymasına mane ola bilər. Buna görə də bəzi ölkələrdə xallar üzərində döymə edilmədi qanunla qadağan edilib.

Ustanın professionallığını yoxlamaq üçün ondan xallı dəri üzərində döymə edib-edə bilməəcəyini soruşun. Hə deyərsə, oranı təcili olaraq tərk edin.

3. Menstruasiya zamanı tatu etdirmək məsləhət deyil. Çünki bu dövrdə əksər qadınların dərisi həssas olur. Həssas dönəm olduğuna görə, döymə prosesi sizi daha çox ağrıdacaq. Döymə kiçik ölçülü və ya konturludursa, təxirə salmağa ehtiyac yoxdur.

4. Tatu etdirmədən öncə qəti şəkildə spirtli içki içmək qəti qadağandır. Əks təqdirdə, prosedur zamanı ağır qanaxma ola bilər.

5. Qanı durulaşdıran dərmanlar içməməlisiniz (məsələn, aspirin). Bu da qanaxmaya səbəb olacaq.

6. Sağalma prosesi zamanı spirt içki istifadə etmək olmaz, çünki qan laxtalanmasına təsir göstərir. Bu da sağalma prosesinin ağrılı və uzun müddətli olmasına səbəb olacaq.

7. İlk dəfə döymə etdirmək istəyənlər kiçik bir miniatur ilə başlamalıdır.

a) Mürəkkəbə qarşı allergik ola bilərsiniz. Təəssüf ki, bunu öncədən müəyyən etmək mümkün deyil. Çünki ustalar müxtəlif komponentlərdən ibarət olan fərqli boyalardan istifadə edirlər.

b) Ağrı həddini müəyyən etmək üçün.

c)  Boya müxtəlif cildlərdə müxtəlif rəngə düşür. Kiçik bir naxışla mürəkkəbin dəridə necə göründüyü müəyyən etmək üçün.

Ağrıdan qorxursunuzsa, ağrıkəsici kremlər və ya spreylərdən istifadə edə bilərsiniz.

8. Artıq sağalmış döymə üzərində də bəzən kiçik şişkinliklər ola bilər. Onları qəti şəkildə sıxmaq olmaz. Bu piqment itkisinə səbəb ola bilər. Döymə nə qədər yeni olarsa, daha çox korlana bilər.

Əgər səpkilər uzun müddət keçməzsə, qəti şəkildə toxunulmamalı və mütləq dermatoloqa müraciət edilməlidir.

9. Çilli insanlar isə döymə etdirə bilər. Bu şəxslər döyməni daha çox yayda etdirməlidir, çünki bu mövsümdə çillər daha aktiv və tünd rəngdə olur.

Döyməni qışda etdirsəniz, bir neçə aydan sonra çillər aktivləşdiyinə görə, döymənin fərqli göründüyünün şahidi olacaqsız.

 

COP29