Rusiya-Belarus birlik dövlətinə qoşulmaq Rusiya və Ermənistanın gündəmində heç vaxt müzakirə olunmayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib.
O, Ermənistanın Rusiya-Belarus İttifaqına qoşulmasının problemlərindən və perspektivlərindən danışıb: “Mən Rusiya Federasiyasının səfiri kimi bəzi ictimai dairələrin bu mövzudan danışmasını və bu prosesə dəstək ifadə etməsini müsbət hesab edirəm. Amma mən bilmirəm ki, belə bir məsələ nə vaxtsa İrəvan və Moskva arasında siyasi dialoqun mövzusuna çevriləcək”.