2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı iyulun son həftəsində seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi yekunlaşdırılmalıdır.
Yenicag.az-ın məlumatına görə, həmçinin, bu həftə seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi də başa çatdırılmalıdır.
Seçki Məcəlləsinə görə, hər iki proses səsvermə gününə azı 35 gün qalanadək başa çatdırılmalı idi və buna görə də bu tarix iyulun 28-dək kimi müəyyən olunub.