“Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq əməkhaqqısı 1000 manatın üzərindədir”.
Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB Tibbdə müasir keyfiyyət mərhələs: real perspektivlər gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ailə həkimlərinə verilən həvəsləndirici əlavələrlə onların əməkhaqqısı 500 AZN-ə çatdırılıb.
V.Qurbanov qeyd edib ki, stomatoloqlar istisna olmaqla, TƏBİB tabeliyindəki ixtisaslı həkimlərin əməkhaqqlarına əlavələr şamil olunur.
O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 diferensiallı (4×4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.