“Hər kəs bizim mövqeyimizi və gürcü xalqının mövqeyini yaxşı xatırlasın: Gürcüstan heç vaxt ölkənin bütövlüyünü şübhə altına almayacaq! Vahid Gürcüstan ideyası bizim gürcü arzumuzdur və o, mütləq gerçəkləşəcək!” Yuxarıda sitat gətirdiyimiz fraqment Mamuka Mdinaradzenin qiymətləndirməsidir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiyanın postsovet məkanı ilə bağlı məşhur araşdırmaçısı Sergey Markedenov Rusiyanın Cənubi Qafqaz siyasəti və Gürcüstanın işğal altındakı əraziləri bağlı məqaləsində yazıb.
“Vacib detal. Bu siyasətçi Gürcüstanın müxalifət qüvvələrini deyil, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasını təmsil edir. Onun sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması və bu kimi antimilli məsələlər müzakirə olunmur. Xüsusilə, konfederasiyaya razılıq istisna edilir, bu da sözügedən ərazilərin müstəqilliyinin tanınması deməkdir”.
“Ümumiyyətlə, praym-taymda Rusiyanın federal kanallarında və televiziya şoularında – müntəzəm olaraq hər hansı çıxışı bəzəyə biləcək sitatlarda ənənəvilik və ya mühafizəkarlıq rus-gürcü barışığının əsası kimi göstərilir. Bununla belə, məşhur deyimi təkrar-təkrar xatırlamalıyıq: “Adətən, düşüncələrdən uzaqlaşmaq lazımdır və gürcü milliyyətçiliyi Qərbdən asılı deyil, o hər zaman var olacaq”, – o, əlavə edib.
Onun sözlərinə görə, Qərb QHT-lərini, “psevdoliberalizm” və qeyri-ənənəvi dəyərlərin pərəstişkarlarını tənqid etmək “Zaqafqaziyada (ruslar Cənubi Qafqazı belə adlandırır – red.) yeni reallıqları” qəbul etmək demək deyil:
“Bir vaxtlar rusdillilər bu düsturdan 2008-ci ilin avqustundan sonra regionda formalaşmış status-kvonu təsvir etmək üçün istifadə edirdilər. Bu uyğunsuzluq nəyi göstərir? Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqdan imtina etməyincə, Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə razı olmayacaq.
Bütün bu faktlara əsaslanaraq iki nəticə çıxaraq:
1.Hər hansı bir postsovet millətçiliyi (bu fenomeni mühakimə etmədən ekspert kimi nəzərdən keçiririk – S.M.) mütləq “siyasi Qərb”ə bağlı deyil və ondan ilhamlanmır. Yəni onun öz kökləri, tacı və öz daxili dəyəri var;
2.Vaşinqtonla mübahisədə belə millətçiliyin Rusiyayönümlü olmasına heç bir zəmanət verilmir”.
Markedonov məqaləsinin yekununda qeyd edib ki, Rusiya mütləq şəkildə Gürcüstanla əlaqələrində bu və ya digər şəkildə tənzimlənmələrə getməlidir. Onun fikrincə, Moskva və Tbilisi uzun müddət sonra əlaqələrin bərpası çərçivəsində addımlar atmalıdırlar ki, yekun bir nəticə əldə edilsin.
Rafi Müslümov